Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva "Vətən səsi"nin əməkdaşı ilə söhbəti zamanı “Riyazı narahatlıq” sindromu barədə maraqlı fikirlər söyləyib. Psixoloq qeyd edib ki, tədqiqatçıların fikrincə, dünya əhalisinin 20 faizi həmin sindromdan əziyyət çəkir və riyaziyyatı zəif qavrama səbəblərindən birini də bunda axtarmaq lazımdır. Yaranan gərginlik yaddaşı zəiflədir. Riyazi çalışmaları həll edə bilməmək qorxusu uğursuz nəticələr əldə etməyə səbəb olur.
Sona Əliyeva bunu həm də valideyn və müəllimlərin uşaqlara təzyiqi ilə əlaqələndirir: “Bəzi mədəniyyətlərdə riyaziyyatı yaxşı bilmək ağıllı olmaq kimi qiymətləndirilir. Tədqiqatlar göstərir ki, rahatlama texnikası, nəfəsalma məşqləri şagirdlər arasında riyazi çalışmaları həlletmə göstəricilərini artırır. Beyinin riyazi zəkanı ehtiva edən hissəsi həmişə inkişafda ola bilər. Cinsindən asılı olmayaraq dərketmə qabiliyyəti eynidir. Müəllimlər də şagirdlərin potensialına fər qoymadan onların hər birində eyni dərəcədə özünə inam hissini formalaşdırmağı bacarmalıdır”.