Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.
Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.
Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.
Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib. (AZƏRTAC)