18.01.2026, 15:48
AZ EN
27.11.2025, 09:48 231

Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə indiyədək 955 ailə köçürülüb

XƏBƏRLƏR
  • Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Laçının işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə “Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol” adlı tədbir keçirib.

“Vətən səsi” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Rövşən Muradov və YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, işğalçı Ermənistanla uzun illər nəticəsiz qalan danışıqlardan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dövlət büdcəsindən indiyədək 22 milyard manat  vəsait ayrılıb. Bildirilib ki, onlarla yaşayış məntəqəsinin əsası qoyulub, artıq bu ərazilərdə 50 mindən çox sakin yaşayır, çalışır və təhsil alır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla həyata keçirilir. Bu günədək 955 ailə - 3577 nəfər Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə köçürülüb.

Tədbirin sonunda YAP veteranına fəxri fərman, yeni üzv olan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Oxşar xəbərlər