Bunu açıqlamasında Şuşakənd kənd sakini Baba İsgəndərov deyib.
O, məcburi köçkünlük dövründə Şuşakəndə qayıtmaq ümidi ilə yaşadıqlarını vurğulayıb:
"Vətənimizin hər yanı gözəldir. Amma hara getsəm də, mənim üçün doğma Şuşakəndin yeri başqadır. İllərlə başqa rayonlarda yaşasaq da, dövlətimiz bütün məsələlərimizi həll etdi. Həmişə bu günün həsrəti ilə yaşadıq. Şükür ki, artıq doğma yurda qayıdırıq". (Report)