19.11.2025, 19:26
AZ EN
18.11.2025, 09:40 215

Bu gün şəhid Nadir Muradovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Nadir Əhməd oğlu Muradovun doğum günüdür. O, 1996-cı il noyabrın 18-də Göygöl rayonunun Gəncə qəsəbəsində anadan olub. 2002-ci ildə Göygöl rayon X.Muradov adına Gəncə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2013-cü ildə hamin məktəbin 11-ci sinfini bitirib. 2014-cü ilin yanvar ayından 2015-ci ilin iyul ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2018-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Nadir Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Nadir Muradov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət onun nəşi tapılmayıb.

Nəhayət şəhidimizin mübarək nəşi tapılaraq 12 yanvar 2021-ci ildə Göygöl Şahidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən Nadir Muradov ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə" və "Kəlbəcərin azad olunmasına görə" medallar ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər