Bu sözləri açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Qənirə Orucova söyləyib.
Keçmiş məcburi köçkün bildirib ki, şəhid və qazi bacısı kimi doğma yurdlarına qürurla qayıdır.
“Allah şəhidlərə rəhmət, qazilərə cansağlığı versin, əsgər və zabitlərimizi qorusun. Biz onların sayəsində bu gün sevinclə yola düşür, illər sonra öz doğma torpağımıza qayıdırıq. Şəhidlərin ayağı dəyən, qanları tökülən torpaqlar bizim üçün müqəddəsdir və biz orada başıuca yaşamalıyıq”, – deyə o vurğulayıb.
Q.Orucova bildirib ki, həmin yerlər bir vaxtlar tamamilə başqa cür idi: “O vaxt erməni vandalizmi nəticəsində biz doğma yurdumuzdan məcburi köçkün düşdük. Arazı keçəndə özümüzlə heç nə götürə bilməmişdik. Ailə üzvlərimizdən sağ qalanlar həmin günün acısını hər zaman qəlbində daşıdı”.
Müsahib bildirib ki, o, məcburi köçkün düşəndə 33 yaşı olub. (AZƏRTAC)