Bu sözləri bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Solmaz Hüseynova müsahibəsində deyib.
"O vaxt çətinliklə çıxdıq, indi sevinclə qayıdırıq. Bu gün çox sevinirəm. Torpaqlarımızın işğaldan azad olunması və doğma yurda qayıdış ən böyük arzumuz idi. Bu arzu indi gerçəyə çevrilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib. (AZƏRTAC)