19.11.2025, 22:52
AZ EN
05.11.2025, 12:30 205

Zəngilanlı sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar görüşü-qəbulu Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Ənənəyə uyğun olaraq, Zəngilan RİH başçısı ilk öncə dünyada, ölkəmizdə və rayonumuzda son dövrlərdə baş verən məsələlər haqqında məlumat verdi. Daha sonra sakinləri fərdi qəbul etdi.

Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin vaxtı, qaydaları və şərtləri haqqında ətraflı məlumat almaq istəyən sakinlərə rayon rəhbəri müəyyən izah verdi. Bundan əlavə sosial problemlərlə bağlı müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə icra başçısı tərəfindən tapşırıqlar verildi.

Rayon sakinləri mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edərək ölkə başçısına və rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Mina RƏŞİD

Oxşar xəbərlər