Bunu açıqlamasında oktyabrın 31-də dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Çingiz Hüseynovun qardaşı Elxan Hüseynov deyib.
O, qardaşının Xocalıda könüllü özünümüdafiə dəstəsinin üzvü olduğunu xatırladıb:
"Həmin gecə bizi evdə qoyub döyüşə getdi və o gündən sonra qardaşımın taleyi barəsində heç bir məlumat yox idi. Şükür, heç olmasa, 33 ildən sonra onun qalıqları tapılaraq dəfn edildi. Qardaşımla qürur duyuram. Onun uğrunda şəhid olduğu Xocalıda dəfn edilməsi bizim üçün böyük xoşbəxtlikdir". (Report)
