Belə müəssisələrdən biri də “Aghdam City Hotel”dir.
Şirkətin nümayəndəsi Rüstəm Nəcəfzadə əməkdaşlığın əmək bazarına faydalarından danışaraq, işğaldan azad olunmuş ərazilərə köçürülmüş vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində digər müəssisələri də Agentliklə əməkdaşlığa dəvət edib.
O, özü barədə deyir ki, mən “Aghdam City Hotel”də qeydiyyat üzrə rəhbər vəzifəsində işləyirəm:
“Əməkdaşların işə qəbulunda biz Dövlət Məşğulluq Agentliyi ilə birlikdə əməkdaşlıq aparırıq. Çox uğurlu əməkdaşlığımız var. Həm yeni işçilərin işə cəlb olunması, həm müsahibələrin götürülməsində bizə dəstək olurlar. Əvvəllər qonaqvərpərlik sahəsində çalışmayan, işə yeni cəlb olunacaq yeni əməkdaşlarımız üçün onların bacarığını artıqmaq üçün Dövlət Məşğulluq Agentliyi ilə birgə peşə kurslarından başlamaq nəzərdə tululur.
Qarabağda yeni açılan və artıq açılmış bütün iş yerlərini Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Bölməsinin və Şərqi Zəngəzur Regional Bölməsi ilə sıx əməkdaşlığa çağırıram”.
Tahirə AĞAMİRZƏ