14.03.2025, 12:56
AZ EN
14.10.2022, 18:35 329

Son sutkada 58 nəfər koronavirusa yoluxub

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 485 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 087 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 467 nəfərdir.

Ölkədə son sutka ərzində 1 897, hazırkı dövrədək isə 7 284 670 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksin sayı isə 776 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 361, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 238, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 54 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 901 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 524, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 774, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 384 nəfər təşkil edir.

Oxşar xəbərlər