Bu barədə “Vətən səsi”nə qəsəbəyə xidmət edən mənzil-kommunal istismar sahəsindən (MKİS) məlumat veriblər. Məlumatda bildirilir ki, MKİS-in işçiləri ilə yanaşı sakinlər də qəsəbə ərazsisinin təmiz saxlanmasında köməklərini əsirgəmirlər.
Xatırladaq ki, 80 hektar ərazidə salınmış qəsəbəyə Xəzər rayonundakı “Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.