18.10.2024, 08:21
AZ EN
17.10.2024, 15:21 212

Əziz Ələkbərli: “Azərbaycan Qərbi azərbaycanlıları doğmalıqla qarşıladı”

XƏBƏRLƏR
  • Azərbaycan xalqı təbii ki, öz doğma bir parçası, hissəsi kimi həmin dönəmdə bizim insanlarımızı qarşıladı, onlara qucaq açdı. Amma nə qədər də olsa, bilirsiniz, insanlar bu qaçqınlığın bütün ağrı-acılarını öz taleyində yaşamaq məcburiyyətində idi”.

Bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan TV-yə açıqlamasında deyib.

İcma sədri əlavə edib: “İlk dönəmlərdə xüsusilə insanlarımız çox əziyyət çəkdi. O vaxt Azərbaycan Qaçqınlar Cəmiyyəti yaranmasaydı,  bu insanların vəziyyəti daha acınacaqlı ola bilərdi. 1989-cu il dekabrın 28-də Azərbaycan Qaçqınlar Cəmiyyəti  yarandı və bu cəmiyyətin əsas işi həmin o özünə yer tapa bilməyən, özünə ev-eşik düzəldə bilməyən,  heç bir imkanı olmayan insanların sosial problemlərini və məskunlaşma problemlərini həmin ilk dönəmdə həll etməklə məşğul oldu ki, böyük bir tarixi missiya idi. O dövrdə Azərbaycan Qaçqınlar Cəmiyyəti təbii ki, Azərbaycan xalqının müxtəlif təbəqələrinin dəstəyi ilə həyata keçirə bildi.

İnsanlarımız qayıtmaq ümidlərini heç vaxt itirməyiblər. Bunu da mən nə ilə əsaslandırıram, cənab Prezident  Aşıq Ələsgərin abidəsinin açılışı zamanı da belə bir məqamı xüsusilə vurğuladı: “O insanlar bizim ata-babalarımız keçən əsr ərzində o ərazidən bir neçə dəfə deportasiya olunublar və hər dəfə geriyə qayıdıblar”.

Bizim belə bir tarixi təcrübəmiz var. Bu deməyə əsas verir ki, o insanlar yenə də ora qayıda biləcəklər və o insanların ora qayıtmağı, mən bir məqamı xatırladım, xüsusilə cənab Prezident böyük müdrikliklə ki, Qərbi Azərbaycan İcmasının yaranması və fəaliyyətə başlamasına dəstək verdi. Bu, insanların ümidini tamamilə oyatdı. Yəni kimlər isə ümidini itirmişdi, necə ki, Qarabağa qayıdacağımıza çox adam ümidini itirmişdi. Amma insanların ümidi tam oyandı. Bu gün o insanlar qətiyyən şübhə etmir ki, ata-baba yurduna qayıdacaqlar. Əgər bir millət bir ideya ətrafında birləşirsə, o ideya mütləq gerçəkləşdirilir. Heç bir qüvvə onun qarşısını ala bilməz. Mən sizi tamamilə əmin edirəm ki, o yollar da açılacaq. O torpaqlara insanlarımız qayıdacaq. Buna bu dəqiqə Qərbi Azərbaycan İcmasının üzvü olan heç bir kəs şübhə eləmir. Təbii ki, Azərbaycanın bu gün beynəlxalq mövqeyi, Azərbaycan rəhbərliyinin qətiyyəti, Azərbaycan rəhbərliyinin o insanlara verdiyi ümid və qəti şəkildə “Biz o torpaqlara qayıdacayıq” tezisi o insanlarda artıq heç bir şübhə yeri qoymayıb”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər