Anım günü tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda təşkil olunan tədbirdə həzin musiqi sədaları altında 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzülüb.
Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib. (AZERTAC)