Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, təcrübə bunu göstərir ki, biz həmişə yerləri 97-98 faiz doldura bilirik:
“Ucqar yerlərdə işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirləri də tətbiq olunur, kompensasiyalar ödənilir. İşğaldan azad olunmuş bölgələrlə bağlı məsələyə gəldikdə xüsusi yanaşmamız var.
Artıq Zəngilanın Ağalı kənd məktəbinə də işə qəbul prosesinə başlamışıq. Təbii ki, müvafiq keyfiyyət göstəricisinə cavab verən həmin bölgədən olan müəllimləri ora qaytarmaq prioritet məsələmizdir. Bununla bağlı ayrıca proqramımız, hesablamalarımız var”. (APA)