24.04.2025, 17:01
AZ EN
06.10.2023, 08:26 293

Azad olunmuş ərazilərdə fəaliyyət göstərən, layihələndirilən və tikintisinə başlanan məktəblər

XƏBƏRLƏR
  • Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır. Hazırda həmin ərazilərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.

Azadlığına qovuşmuş tarixi torpaqlarımızda bütün sahələrdə olduğu kimi, təhsil müəssisələrinin tikintisi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.

Fəaliyyət göstərən məktəblər:

Zəngilan rayon Ağalı kənd tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası - 1 qrup);

Tərtər rayon Talış kənd tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup);

Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim;

Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim;

Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim;

Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim (açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir).

Layihələndirilən və tikintisinə başlanan məktəblər:

Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb;

Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin təməli qoyulub;

Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır, 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur;

Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb. (AZƏRTAC)

Oxşar xəbərlər