Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayon prokurorluğunun əməkdaşları və rayonun ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə imzaladığı sərəncamla hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Azər Qocayev prokurorluq işçilərinin peşə bayramı günü münasibət ilə başda Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərini, o cümlədən Kəlbəcər rayon prokurorluğunun əməkdaşlarını təbrik edib, onlara şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra geniş məruzə ilə çıxış edən rayon prokuroru İlkin İsmayılov prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Eyni zamanda, artıq işğaldan azad olunmuş Kəlbəcər rayonun prokuroru olduğu üçün öz sevinc hissini ifadə edib.
Tədbirdə çıxış edən digər natiqlər YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Azər Xankişiyev prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə öz səmimi təbriklərini çatdırıblar.
Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən prokurorluq əməkdaşları təltif edilib.
Hazırladı: Mina RƏŞİD