Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində şəhid övladlarının əl işləri fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək.
Layihəyə qoşulmaq istəyən uşaqlar əl işlərini, fotoşəkilləri, ad, soyad və ata adlarını, eləcə də şəhidin ad, soyad və ata adını qeyd etməklə, cari il noyabrın 1-dək dsmf_projects@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər. (AZƏRTAC)