11.10.2025, 03:31
AZ EN
18.09.2025, 07:32 220

Füzulidən olan məcburi köçkünlərlə səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Qaradağ rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirib. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak ediblər.

Füzuli RİH başçısı Alı Alıyev sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verib.  Daha sonra sakinlərin müraciətləri dinlənilib.

Səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərin bir qismi ilə bağlı qanunamüvafiq izahatlar verilib, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər