Bunu açıqlamasında kənd sakini Raya Baxşalıyeva deyib.
O, doğma kəndə qayıdacaqları günü illərlə gözlədiklərini söyləyib:
"Altı övladımdan dördü Vənglidə anadan olub. Kəndimiz çox ağır vəziyyətdə tərk etmişdik. Bizim üçün çox əlamətdardır ki, övladlarımın dördü kəndə öz ailəsi ilə kəndə qayıdır.
Çox sevincliyik, bu günü illərlə gözləmişdik. Nəhayət arzularımız çin oldu. Həm də ona görə qürurluyam ki, övladlarım kiçik yaşlarında tərk etdikləri, çox da xatırlamadıqları kəndimizə böyük sevinc hissi ilə dönürlər". (Report)