Böyük Qayıdış: Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə yola salınıb
XƏBƏRLƏR
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 8-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.
Bu mərhələdə Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülür. (AZƏRTAC)