12.09.2025, 08:20
AZ EN
04.09.2025, 08:00 109

Yaxın vaxtlarda Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

XƏBƏRLƏR
  • Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı - Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar keçirilib. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O qeyd edib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.

Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü vurğulayaraq deyib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”. (AZƏRTAC)

Oxşar xəbərlər