Bunu Kolatağ kənd sakini Vilayət Ələkbərov deyib.
O, doğma kəndə qayıdışın sevincini sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb:
“Çox həyəcanlıyam. 30 ildən çox kəndimizə, öz ocağımıza dönəcəyimiz günün xəyallarını qurduq. Bəzən kəndi gördüyümüz yuxuların təsirindən uzun müddət çıxa bilmirdik. Çox şükür, Kolatağa qayıdışımız artıq yuxu deyil, reallıqdır”. (Report)