22.11.2024, 05:28
AZ EN
14.11.2023, 10:43 311

Bu gün dünyada Diabetə Qarşı Mübarizə Günüdür

XƏBƏRLƏR
  • Noyabrın 14-ü Ümumdünya Diabetə Qarşı Mübarizə Günüdür. Bu tarixlə 1891-ci ilin bu günündə anadan olan kanadalı həkim və fizioloq Frederik Bantinqin xidmətləri əbədiləşdirilib. O, həkim Çarlz Best ilə birlikdə 1922-ci ildə şəkərli diabet xəstələrinin həyatını xilas edən dərmanın – insulinin kəşfində həlledici rol oynayıb.

Diabetə qarşı Ümumdünya Mübarizə Günü insanların bu xəstəliyə diqqət ayırmasını təmin etmək üçün daha bir yoldur.

Azərbaycanda da bu gündə əhalinin şəkərli diabetlə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir.

İnsulinin kəşfindən 100 il sonra dünyada milyonlarla insan ehtiyac duyduğu insulini əldə edə bilmir. Diabetli bir çox insan müalicəsi üçün peroral (ağızla qəbul edilən) dərmanlara ehtiyac duyur. Bir çox aşağı və orta gəlirli ölkələrdə onlar qiymətlərinə görə hələ də əlçatan deyil. Diabetli insanlar vəziyyətini idarə etmək və ağırlaşmalardan qaçmaq üçün davamlı qayğı və dəstəyə ehtiyac duyur. Buna görə də özünənəzarət (qanda qlükoza səviyyəsinin monitorinqi) də böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, diabet - mədəaltı vəzi kifayət qədər insulin ifraz etmədikdə və ya orqanizm ifraz etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman meydana gələn xroniki xəstəlikdir. Bu, qanda qlükoza səviyyəsinin artmasına (hiperqlikemiya) gətirib çıxarır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR