11.10.2025, 03:42
AZ EN
13.08.2025, 08:55 255

Bu gün şəhid Əkrəm Kəlbiyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün şəhid Kəlbiyev Əkrəm Faiq oğlunun doğum günüdü. O, 1993- cü ilin avqust ayının 13- də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Orta təhsili şəhid Oktay Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbində alıb.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Əkrəm, Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlı hissəsində gizir vəzifəsində çalışıb.

Əkrəm Kəlbiyev 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz dünyaya gəldiyi Aşağı Cürəli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əkrəm Kəlbiyev ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun bir övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər