Bu fikirləri bu gün Cəbrayıl şəhərinə köç edən Sabir Səfərov bildirib.
O, həmçinin yeni tədris ilində ilk dəfə Cəbrayılda təhsil alacağını qeyd edib.
"Bu il 6-cı sinifə keçirəm. Yeni tədris ilinə Cəbrayılda başlayacam, bu məni sevindirir. Prezidentimiz İlham Əliyevə və əsgərlərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə S.Səfərov əlavə edib. (AZƏRTAC)