Qəbul zamanı çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bu günə kimi bütün sahələrdə ölkəmizi layiqincə və qürurla təmsil edərək onu regionun lider dövlətinə çevirmiş və dünyada sayılıb-seçilən dövlətlər arasında nüfuzunun artması üçün bütün gərgin əməyini sərf etmişdir. İcra başçısı qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar torpaqlarımızın düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Mina RƏŞİD