Layihənin məqsədi dayanıqlı nəqliyyat vasitəsi olan velosipedlərdən istifadənin təşviqi ilə ekoloji maarifləndirməni artırmaq, vətəndaşların sağlam həyat tərzinə keçidini dəstəkləmək və karbon emissiyasını azaltmaqdır.
Layihə çərçivəsində Bakı şəhərində 3 gün ərzində (cari ilin 1-3 avqust tarixlərində) 50 nəfərə yaxın iştirakçı yollarda ictimai davranış qaydaları, ekoloji və təhlükəsizlik tələbləri barədə maarifləndiriləcəkdir;
Velosiped nəqliyyatından istifadənin artırılması və velosiped zolaqlarına digər yol-hərəkət iştirakçılarının daxil olmaması təşviq ediləcəkdir;
Tıxacların azaldılması, sağlam həyat tərzinin təbliği və “yaşıl” yanaşmaların populyarlaşdırılması məqsədilə videoçarx hazırlanacaqdır;
“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin və könüllülərin iştirakı”, “Şəhər planlamasında velosiped yol infrastrukturu”, “Velosiped istifadəsinin ekoloji və sağlamlıq faydaları”, “Velosiped istifadəsinin artırılması üçün innovativ ideyalar” və s. bu kimi mövzularda gənclər arasında görüşlər və praktiki məşğələlər təşkil ediləcək, könüllülərin fəal iştirakı stimullaşdırılacaqdır.
Layihədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər.
Seçim nəticələri müraciət edənlərə e-mail və ya telefon vasitəsilə bildiriləcəkdir.
Müraciət üçün son tarix: 25 iyul 2025-ci il saat 18:00.
Ərizə forması://forms.gle/vPtMtjhdZubo57mw6
Əlaqə vasitəsi: info@avpu.az
Hazırladı: Mina RƏŞİD