08.09.2024, 06:15
AZ EN
04.10.2022, 15:38 321

Birinci Qarabağ müharibəsində “naməlum” kimi dəfn edilən şəhidlərdən bir qisminin kimliyi müəyyənləşdirilib

XƏBƏRLƏR
  • “Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində “naməlum” kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”.

Bunu  Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələ ki, onların hamısının kimliyi müəyyən edilməyib: “Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”. ("Report")

Oxşar xəbərlər