01.07.2025, 13:37
AZ EN
01.07.2025, 08:26 311

Qarabağ Universiteti Türkiyədə keçirilən beynəlxalq simpoziumda təmsil olunub

XƏBƏRLƏR
  • Qarabağ Universiteti Türkiyə Respublikasının Hacıbəkdaş şəhərində keçirilən “Anadoluda və Türk Dünyasında ozanlıq-aşıqlıq ənənəsi” mövzusunda beynəlxalq elmi simpoziumda təmsil olunub.

Qarabağ Universitetini simpoziumda Pedaqoji fakültənin Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov və Pedaqogika kafedrasının dosenti Aynur Nəcəfova təmsil ediblər.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) İdarəsinin dəstəyi ilə keçirilən 15-ci Xalq Ozanları Hacıbəkdaş Görüşməsi çərçivəsində təşkil olunan və yeddi ölkədən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Kosova, İran) nümayəndələrin qatıldığı simpoziumda Əzizağa Nəcəfov “Azərbaycan yazılı dastan abidələri”, Aynur Nəcəfova “Azərbaycan aşıq yaradıcılığı şəxsi arxivlərdə” mövzularında məruzə ediblər.

Təmsilçilərə simpoziumun iştirak sertifikatı və təşəkkürnaməsi təqdim olunub, həmçinin onlar Hacı Bəkdaş Vəli Mədəniyyət Dərnəyinin mükafatı ilə təltif ediliblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər