25.06.2025, 19:44
AZ EN
25.06.2025, 14:44 134

“Əsgərə məktub” layihəsi həyata keçirilib

XƏBƏRLƏR
  • 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialında “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi həyata keçirilib.

Bərdə Regional “ASAN Xidmət” Mərkəzi ilə birgə təşkil olunan layihə çərçivəsində filailın benefisiarları tarixi Zəfər qazanmış qalib Ordumuzla bağlı qürur və minnətdarlıq hisslərini yazdıqları məktublarda ifadə ediblər.

Layihənin keçirilməsində məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, inklüzivliyin təmin olunması, xidmətdə olan əsgərlərimizə mənəvi dəstək nümayiş etdirməkdir. 

Məktublar xüsusi qutulara yerləşdirilərək, ASAN könüllüləri və əməkdaşları vasitəsilə ön cəbhədə xidmət edən hərbçilərimizə çatdırılacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər