08.02.2026, 17:25
AZ EN
08.02.2026, 11:23 102

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan 2026-cı ilin ilk reytinq turnirində bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Qeyd edək ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. (Report)

Oxşar xəbərlər