Bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Gülbəniz Cabbarova söyləyib.
“Azad Qarabağımız yenidən qurulur, inkişaf edir, yurd yerlərimiz doğma sakinlərini qoynuna alır. Bu, biz keçmiş məcburi köçkünləri sevindirir, qürurlandırır. Bütün bunlara görə Prezidentimizə, Ordumuza minnətdarıq. Bu yolda canını fəda edən şəhidlərimizə rəhmət, sağlamlığından keçən qazilərimizə şəfa diləyirəm”, - deyə o bildirib. (AZƏRTAC)