18.06.2025, 12:56
AZ EN
18.06.2025, 09:57 179

Xocavənd RİH-də “Hüquq hər yaşda hüquqdur” adlı maarifləndirici tədbir keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəliyinin birgə təşəbbüsü ilə Xocavənd Rayon İcra Hakimiyyətində “Hüquq hər yaşda hüquqdur” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu-aparıcı məsləhətçisi Orxan Həsənov tədbir iştirakçıları ilə hüquq mövzusunda maarifləndirici fikir və tövsiyələrini bölüşüb. O çıxışında bildirmişdir ki, insan hüquqları hər bir insanın doğuşdan sahib olduğu toxunulmaz və bölünməz haqlardır. Bu hüquqlar irq, din, cins, dil və sosial mənşəyindən asılı olmayaraq hamıya bərabər şəkildə aiddir. Əsas insan hüquqları yaşamaq, azadlıq, ədalət və təhlükəsizlik kimi fundamental dəyərləri əhatə edir. Cəmiyyətin inkişafı və ədalətin bərqərar olması bu hüquqlara hörmətdən keçir.

Uşaq Səfirlər Məclisinin nümayəndəsi Namazlı Elmir çıxış edərək uşaqların hüquqlarının qorunmasının, onların fikirlərinə dəyər verilməsinin və cəmiyyətin fəal üzvü kimi formalaşmalarının vacibliyini qeyd etmişdir.

Sonda “İnsan hüquqları nədir?” adlı maarifləndirici animasiya filmi nümayiş olunmuşdur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər