09.06.2025, 04:27
AZ EN
30.09.2022, 16:35 220

129 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9 917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir. Ölkədə son sutka ərzində 2 400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı isə 874 olub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 319, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 890 389, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 939, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 516, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 197, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 737 nəfər təşkil edir.

Oxşar xəbərlər