O, artıq 2 ilə yaxındır ki, Qarabağın minadan təmizlənmiş ərazilərində tədqiqat işlərinin aparıldığını vurğulayıb. "Birinci Qırmızı kitabda 140 flora, 108 fauna növü təmsil olunub. Bu rəqəm ikinci Qırmızı kitabda iki dəfə artıqdır. İkinci kitabda 300 flora, 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq. Kitabın lll nəşrində əsas fərq işğaldan sonra Qarabağda aparılan tədqiqat işlərinin nəticəsinin də bu nəşrdə öz əksini tapacağı ilə bağlıdır. Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq", - deyə nazir müavini bildirib. ("Trend")