02.06.2025, 02:36
AZ EN
31.05.2025, 08:06 115

Nicat Kamalov: Bütün keçmiş məcburi köçkünlərə öz yurdlarına qayıtmağı arzulayıram

XƏBƏRLƏR
  • Bütün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarını arzulayıram.

Bunu Laçın sakini Nicat Kamalov deyib.

Onun sözlərinə görə, uzun illər torpaq həsrəti ilə yaşayıb və bu həsrətə artıq son qoyulur.

"Allah bütün keçmiş məcburi köçkünlərə öz ata-baba yurdlarına qayıtmağı qismət eləsin. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır. (Trend)

Oxşar xəbərlər