09.06.2025, 21:57
AZ EN
20.05.2025, 12:19 298

Xalq artisti Emin Ağalarov: "Onunla fəxr edirəm"

XƏBƏRLƏR
  • “Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm”.

Bunu kunq-fu üzrə dünya çempionatında qızıl medal qazanmış Əminə Əliyevanın atası, Xalq artisti Emin Ağalarov mətbuata açıqlamasında deyib.

O, qızının bu nailiyyətini olduqca xoş və gözlənilməz adlandırıb: “Əminə olduqca intensiv şəkildə yarışlara hazırlaşırdı. Gündə 2 dəfə mənim nəzarətim altında “SeaBreeze”də məşq edirdi. Onun çox yaxşı məşqçilər komandası var. Amma düzünü desəm, çox xoş və gözlənilməz oldu. Çünki ilk dəfə idi beynəlxalq yarışlara qatılırdı. Bütün seçimləri və toplanışları keçdi, uğurla çıxış etdi və mütləq birinciliyi əldə etdi. Bu mənim üçün böyük fəxrdir”.

O, qızının bütün yarışlarını izlədiyini və gözlərinə inana bilmədiyini belə ifadə edib:

“Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var”.

E.Ağalarov Əminənin gələcək karyerasına da toxunub. O, bildirib ki, əgər qızı məşqləri davam etdirmək qərarı verərsə, valideynləri onu dəstəkləyəcəklər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər