20.12.2024, 23:27
AZ EN
15.08.2022, 17:25 345

Şəhid övladları üçün təşkil edilən yay düşərgəsi başa çatıb

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil olunan yay istirahət düşərgəsi başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xüsusi hazırlanan proqramlarla həyata keçirilən düşərgənin sonuncu günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi əyləncəli idman oyunları və animatorların qatıldığı şou-proqramda iştirak ediblər.

Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi reabilitasiya işi aparılıb.

Günün sonunda düşərgə iştirakçıları üçün minifutbol oyunu təşkil edilib.

İntellektual və əyləncəli oyunlarda özlərini sınayan şəhid övladlarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihəyə iyulun 29-da başlanılıb. İki mərhələli yay düşərgəsinə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağı (valideynlərindən biri də nəzərə alınmaqla 140 nəfər) cəlb edilib. (AZƏRTAC)

Oxşar xəbərlər