Bu barədə mayın 16-da Ağcabədidə dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmovun qardaşı Fəzail Rüstəmov danışıb.
O, 33 il ərzində aqibətindən xəbər tuta bilmədikləri qardaşının axtarışını heç vaxt dayandırmadıqlarını vurğulayıb:
“Çox şükür, qardaşımın nəşini dəfn etdik, gözümüz yoldan yığıldı. Yaşasaydı, 52 yaşı olacaqdı. Ancaq o hər zaman bizim gözümüzdə 20 yaşında olduğu kimi qalacaq.
Bu illər ərzində onu çox yerdə axtardıq. Müxtəlif rayonlara getdik, döyüş yoldaşlarını tapıb danışdırdıq. Onlar qardaşımın iştirak etdiyi son döyüşdə ayağından yaralandığını, daha sonra isə onu görmədiklərini dedilər. Arzu edirəm ki, itkin şəhidlərimizin hamısının nəşi aşkarlanıb dəfn olunsun, ailələri bununla təskinlik tapsın”. (Report)