31.05.2025, 08:08
AZ EN
15.05.2025, 08:02 225

Zilanlı və Mahruzlu kəndlərinə qayıdış zamanı sakinlərin məşğulluğu ilə əlaqədar tədbir keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yerləşən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Qubadlı rayon sektorunun akt zalında rayonun Zilanlı və Mahruzlu kəndlərinə qayıdışda sakinlərin məşğulluğu ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdiri Sənan Məmmədzadə, Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdir müavini Elvin Qasımov, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, rayonun Zilanlı və Mahruzlu kənd sakinləri iştirak ediblər. Tədbirdə Qayıdış zamanı sakinlərin məşğulluğu ilə bağlı ətraflı məlumatlar verilib və sakinləri maraqlandıran sualllar cavablandırılıb.

Tədbirin sonunda Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq Filialının məsul şəxsləri fərdi qaydada Zilanlı və Mahruzlu kənd sakinləri ilə qəbul keçirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər