Bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.
Anar Əkbərov qeyd edib ki, bugünkü gənclik çox xoşbəxt bir dövr, tale yaşayır: “Çünki bu gün bizim torpaqlarımız azadır, ərazi bütövlüyümüz tam bərpa olunub. Artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir. Bildiyiniz kimi, artıq Cəbrayıl şəhərində də keçmiş məcburi köçkünlər öz doğma-yurd yuvalarına qayıdırlar və xoşbəxt yaşayırlar. Bu, o deməkdir ki, Cəbrayıl şəhərində də həyat keçmişdə olduğu kimi öz axarına qayıdır. Əminəm ki, “Cəbrayıl Könüllüləri”nin formalaşdırılması çox gözəl bir addım olacaq və biz bu rayonda da müxtəlif istiqamətlərdə həyata keçirilən işlərin uğurla aparılmasında onların töhfəsini hiss edəcəyik”. (AZƏRTAC)