29.04.2025, 21:58
AZ EN
29.04.2025, 17:09 64

"Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı və sərgi keçiriləcək

XƏBƏRLƏR
  • Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə aprelin 30-u, saat 14:00-da Gəncliyə Yardım Fondunda milli mənəvi dəyərlərimizdən bəhs edən "Elm və təhsil" nəşriyyatında yenicə işıq üzü görmüş "Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı və milli üslubda qədimi, həm də müasir baş geyimləri və örtüklərinin sərgisi keçiriləcək.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunan növbəti kitabımız söz adamlarının ulu türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümünələri ilə paralel, qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan qəhrəmanlıq səhifələri yazan türk kişisinin milli baş geyimi olan papağı tərənnüm edən şeirlər milli mənəvi dəyərlərimizin yaşadığını və yaşayacağının təsdiqidir.

Tədbirdə kitabda imzası olan şair və yazıçılar, KİV nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Mina RƏŞİD

Oxşar xəbərlər