Əmlak Məsələləri Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb. Qeyd edilib ki, layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək.