Ordumuzun əsgəri Təbriz Həsənov 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edərək şücaətlər göstərib. Döyüşlərdə fəallığına görə Təbriz “Kiçik çavuş” rütbəsinə layiq görülüb.
İgid döyüşçü, kiçik çavuş Təbriz Həsənov 2016-cı il aprelin 22-də Ağdamın Çəmənli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Qaradağ rayonunun Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Təbriz Həsənov döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra Azərbaycan Prezidenti tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD