- Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Qadın – zərif və güclü” adlı yeni kitabı işıq üzü görüb. Kitaba Azərbaycanın tarixində xüsusi yeri olan 15 qadın haqqında hekayə daxil edilib. Mədəniyyət, səhiyyə, ədəbiyyat, incəsənət aləmində öz sözünü demiş, həmçinin azadlıq uğrunda mübarizəmizin əvəzsiz öncülləri olan bu qadınların hər birinin özünəməxsus çətin, keşməkeşli, ağrı və məhrumiyyətlərlə dolu həyatı kitabda öz əksini tapır.
Yazıçının qələmə aldığı həyat hekayələri ilə uşaq və yeniyetmələrə kitabın qəhrəmanı olan qadınların yüksəliş və mübarizə yollarını bütün incəlikləri iıə çatdırmağa çalışır. Bu qadınların eyni anda necə zərif və güclü olduqları göz önündə canlanır.
Məlumat üçün bildirək ki, kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb.
Kitabın rəssamı Nigar Mustafayeva, redaktoru Bəhram Orucludur.
Mina RƏŞİD