25.04.2025, 09:03
AZ EN
14.04.2025, 12:00 241

"Çubuk Kahramanları" adlı yeni kitab çap edilib

XƏBƏRLƏR
  • Yazıçılarımızın türk şəhidlərinə həsr edilmiş "Çubuk Kahramanları" adlı yeni kitabı işıq üzü görüb. Yazıçı, tarix üzrə fəlsəfə doktoru İradə Əlili və şair-publisist Azadə Novruzovanın həmmüəllifləri olduğu kitab türk dilində çap olunub.

Kitabda Türkiyənin Ankara şəhərinin Çubuk rayonuna bağlı olan qardaş ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidləri haqqında məqalələr və müsahibələr toplanıb.

Nəşrin redaktoru dərnək sədri Zeki Avan, məsləhətçiləri Ahmet Baki Kızıltaş, Aybüke Aydos və Vüqar İrəvanlı, dizayneri isə Leyla Babazadədir.

Xatırladaq ki, bu, İradə Əlilinin türkiyəli şəhidlər haqqında ikinci kitabıdır. Yazıçının bundan əvvəl 2022-ci ildə İzmir şəhərinin Aliağa ilçəsində "Kahraman Şehid Oğuz Özgür Çevik" adlı kitabı da işıq üzü görmüşdü.

Mina RƏŞİD

Oxşar xəbərlər