09.06.2025, 16:32
AZ EN
07.04.2025, 17:54 162

Suqovuşan sakini: Mənim üçün çox sevincli və xüsusi bir gündür

XƏBƏRLƏR
  • Mənim üçün çox sevincli və xüsusi bir gündür. Mən Suqovuşanda doğulmuşam. Uşaqlığım, atalı-analı günlərim burada keçib. Hisslərimi ifadə edə bilmirəm.

Bunu Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Humay Ağayeva söyləyib.

“Uşaqlığımı burada doyunca yaşaya bilməmişəm. İndi övladlarımla qayıtmışam. İnşallah xoş günlər görərik. Çox şükür bu günümüzə. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm. Allah Prezidentimizi, Ordumuzu qorusun”, – deyə Suqovuşan sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər