Əməkdar rəssam Adil Şıxəliyev bildirib ki, "Mələklərin fəryadı" adlı qobelen sərgisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 107-ci ildönümünə həsr olunub:
“Bu sənətlə məşğul olmağa gənc yaşlarımdan başlamışam. Soyqırımı mövzusuna isə Ulu öndərin müvafiq sərəncamından sonra başladım”.
O bildirib ki, toxuduğu əsərlərdə Şərqə məxsus texnologiya da sərbəst üsullardan istifadə edib.
“Bu sərgidə nümayiş olunan qobelen əsərlərdə palaz, kilim, xalça və sumax texnologiyalarından sərbəst istifadə olunub”. (Report)