Nazirlikdən bildiriblər ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 80 hektar sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub. (AZƏRTAC)